İşçi sağlamlığı və iş təhlükəsizliyi siyasəti

İşçi sağlamlığı və iş təhlükəsizliyi siyasəti

Merga Group olaraq şəxsi heyətimizin sağlam və təhlükəsiz şəraitdə işinin əhəmiyyəti idarəetmə tədbirlərimizin əsas prinsipini təşkil edir.
İşəgötürən olaraq İş sağlamlığı və təhlükəsizliyini təmin edərək, ətraf mühitini təhlükədən uzaq tutmaq ən böyük məqsədimiz olmuşdur.


Merga Group iş sağlamlığı və təhlükəsizliyi prinsipləri:
 İş fəaliyyətlərindən qaynaqlanan sağlamlıq və təhlükəsizlik risklərinin uyğun nəzarətini təmin etmək.
Şəxsi heyətimizin sağlamlığını və təhlükəsizliyini təsir edən məsələlərdə işçilərimiz ilə müşavirə keçirtmək.
İş sahəsini və avadanlıqların təhlükəsizliyini təmin etmək.
Avadanlıqların təhlükəsiz istifadəsini təmin etmək.
Çalışanlar üçün məlumat, təlimat verib və nəzarət etmək.
Bütün çalışanlara səlahiyyətli şəxslər vasitəsi ilə vacib görülən təlimlərin verilməsini təmin etmək.
İş qəzalarını və sağlamlıq vəziyyətinə təsir edən problemləri əvvəlcədən təyin edib qarşısını almaq.
Təhlükəsiz və sağlam iş şəraitini qorumaq üçün, müntəzəm fasilələrlə nəzarət və idarə etmək.
Top